Bank Of Baku

Fuad Əsədov Ələddin Ağaini AFFA-dan uzaqlaşdırmaq istəyir

Fuad Əsədov Ələddin Ağaini AFFA-dan uzaqlaşdırmaq istəyir
# 11 sentyabr 2007 10:46 (UTC +04:00)
AFFA rəhbərliyində növbəti narazılıq dalğası baş qaldırıb. Etibarlı mənbələrdən “APA-Sport” agentliyinə verilən məlumata görə, AFFA prezidentinin müşaviri Fuad Əsədov baş katibin müavini Ələddin Ağaini federasiyadan uzaqlaşdırmaq istəyir. Bu məqsədlə F.Əsədov hətta bir neçə dəfə cəhd göstərib. Lakin sabiq baş katibin səyləri nəticəsiz qalıb. F.Əsədovun bu istəyinin haradan yarandığı məlum deyil. Ehtimallara əsasən, Ə.Ağainin AFFA-dakı fəaliyyəti prezidentin müşavirində qısqanclıq doğurduğu üçün bu niyyətə düşüb. Bu məsələ ilə bağlı ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, F.Əsədovu müşavir vəzifəsinə məhz Ə.Ağai götürüb. O, baş katib vəzifəsini müvəqqəti icra edərkən F.Əsədovun işə götürülməsi barədə əmr verib. Belə ki, baş katib F.Əsədov bu il iyunun 13-də tutduğu vəzifədən azad olunub. Onun səlahiyyətləri həmin vaxt AFFA prezidentinin köməkçisi olan Ə.Ağaiyə tapşırılıb. İyunun 14-də isə Ə.Ağai F.Əsədovu işə götürüb. Hazırda onların arasında münasibətin yaxşı olmadığı bildirilir. Eyni rəhbərlikdə yer alan bu iki şəxsin münasibətinin pozulmasında isə F.Əsədov səbəbkar göstərilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR