Bank Of Baku

Malxaz Asatiani: “Azərbaycanın qələbə qazanmaq şansı daha çoxdur”

Malxaz Asatiani: “Azərbaycanın qələbə qazanmaq şansı daha çoxdur”
# 11 sentyabr 2007 13:40 (UTC +04:00)
“Bakıya Gürcüstanın əsasən gənc futbolçulardan təşkil olunan milli komandası gəlib. Millimizin bir çox aparıcı futbolçuları Azərbaycanla görüşdə iştirak etməyəcək. Əsas heyət oyunçularımızın yoxluğunda oyun bizim üçün ağır olacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Gürcüstan milli komandasının müdafiəçisi Malxaz Asatiani deyib. Moskvanın “Lokomotiv” klubunda çıxış edən M.Asatiani sabah Azərbaycanla görüşdə qələbə qazanmağın çətin olacağını söyləyib: “Oyun yoldaşlıq xarakteri daşısa da, bizə qələbə çətin olacaq. Düzdür, Azərbaycan milli komandası haqda elə də böyük məlumatım yoxdur. Hər halda, millinizin yaxşı komanda olduğu, yaxşı oyun nümayiş etdirdiyini bilirəm. Buna sübut olaraq, millinizin altı ay öncə Finlandiyanı məğlub etməsini göstərmək olar. Milli komandanızın Bakıda yaxşı oyun nümayiş etdirməsi qələbə qazanmaq şanslarımızı azaldır. Şansları konkret dəyərləndirmək istəməzdim. Ancaq onu deyə bilirəm ki, Azərbaycan millisinin qələbə qazanmaq şansları bizimlə müqayisədə daha çoxdur”. M.Asatiani Azərbaycanda çıxış edən həmyerlilərindən Georgi Adamiya, Roman Axalkatsi, Aleksandr Qoqoberişvilinin adını çəkib: “Bu futbolçularla yanaşı, Valeri Abramidze də ölkənizdə çıxış edib. Ancaq bildiyimə görə, artıq Azərbaycanda çıxış etmir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR