Bank Of Baku

Azərbaycan Gürcüstan matçına 250 bilet satılıb

Azərbaycan  Gürcüstan matçına 250 bilet satılıb
# 11 sentyabr 2007 15:06 (UTC +04:00)
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Gürcüstanın futbol milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünə azarkeşlər tərəfindən göstərilən maraq çox aşağıdır. Günün sonuna olan məlumata görə, oyunun təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılan 25 minədək biletin təqribən bir faizi satılıb. Bu haqda “APA-Sport” agentliyinə stadionun baş kassiri Akif Əliyev məlumat verib. A.Əliyevin sözlərinə görə, biletlərin qiymətinin çox aşağı məbləğdə 1-5 manat civarında olmasına baxmayaraq, təqribən 250-si alınıb: “Biletlər, adətən, oyun günü çox satılır. Bu səbəbdən sabah xeyli biletin alınacağını güman edirik”.
Qeyd edək ki, Azərbaycan Gürcüstan matçı saat 21:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR