Bank Of Baku

“Araz” UEFA kubokunun elit mərhələsinə çıxmaq şansını saxlayıb

“Araz” UEFA kubokunun elit mərhələsinə çıxmaq şansını saxlayıb
# 12 sentyabr 2007 07:44 (UTC +04:00)
Bakıda təşkil olunan UEFA futzal kubokunun əsas mərhələsinin 3-cü qrupunda ikinci turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan çempionu “Araz” bu turda Moldovanın “Kamelot” klubuna qarşı mübarizə aparıb. Məmmədqulu Zeynalovun yetirmələri daha üstün oyun nümayiş etdirərək, rəqib üzərində 4:1 hesablı qələbə qazanıblar. “Araz”ın heyətində Ağatahir Əzimov het-trikə imza atıb. Digər qolun müəllifi isə Rizvan Fərzəliyev olub. Qrupda baş tutan ikinci qarşılaşmada “Luparense” (İtaliya) “Slov-Matik Fofo”ya (Slovakiya) qalib gəlib 1:0. Bu qələbə sayəsində “Luparense” növbəti mərhələyə yüksəlib. Hazırda “Araz” 3 xalla 3-cü yerdə qərarlaşıb. Futzalçılarımız top fərqinə görə, slovakiyalılardan bir pillə geri qalırlar. Qrup mərhələsinə sabah yekun vurulacaq. “Araz” elit mərhələyə vəsiqə qazanmaq üçün son turda “Slov-Matik Fofo”ya mütləq gəlməlidir. Bu komandaların görüşü saat 21:00-da Bakı İdman Sarayında başlanacaq. Sabahkı matçların nəticələrindən asılı olmayaraq, “Kamelot” UEFA kubokunda mübarizəni erkən dayandıracaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR