Bank Of Baku

Azərbaycan olimpiya yığması Xorvatiyaya uduzub

Azərbaycan olimpiya yığması Xorvatiyaya uduzub
# 12 sentyabr 2007 08:13 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandası 2009-cu il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi üçüncü oyunda da məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Şakir Qəribovun baş məşqçisi olduğu yığma komanda Xorvatiya ilə səfər oyununda 2:3 hesabı ilə uduzub. Bu, Xorvatiya ilə yığma komandalar səviyyəsində keçirdiyimiz ilk görüş olub. Oyuna zəif başlayan həmyerlilərimiz ilk hissənin ortasında artıq hesabda 0:2 geri düşüb. Əvvəlcə Yosip Tadiç, ardından İvo İlyeviç qapımıza qol vurub. “Standard” klubunun hücumçusu Asif Məmmədov 34-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Ancaq meydan sahibləri fasiləyədək fərqi yenidən iki topa çatdırıb. 38-ci dəqiqədə Tomislav Buşiç fərqlənib. “Xəzər-Lənkəran”ın hücumçusu Vüqar Nadirov 67-ci dəqiqədə hesab arasındakı fərqi yenidən minimuma endirsə də, komandamızın bundan artığına gücü çatmayıb. Bu azmış kimi, oyunu idarə edən rumıniyalı baş hakim Sebastyan Koltesku “Neftçi”nin yarımmüdafiəçisi Namiq Yusifova ikinci sarı, ardından qırmızı vərəqə göstərək, onu meydandan qovub. Qrupumuzda keçirilən digər oyunda İtaliya Albaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. Üç oyundan sonra hesabında xal olmayan olimpiya yığmamız qrupda sonuncu yerdədir. Komandamız növbəti matçını oktyabrın 13-də səfərdə Farer adalarına qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR