Bank Of Baku

Azərbaycan 7 illik fasilədən sonra rəsmi oyunda iki qol vurub

Azərbaycan 7 illik fasilədən sonra rəsmi oyunda iki qol vurub
# 12 sentyabr 2007 09:20 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandası 7 illik fasilədən sonra Xorvatiya ilə səfərdə keçirdiyi oyunda iki qol vurub. Komandamız sonuncu dəfə 2000-ci ilin oktyabrın 6-da Makedoniyada baş tutan qarşılaşmada iki dəfə fərqlənib. 2:1 hesabı ilə qalib gəldiyimiz həmin oyunda qolların müəllifi Samir Əliyev olub. Bu, olimpiya yığmamızın 13 illik tarixində səfərdə qazandığı yeganə qələbədir. Komandamızın iki qol vurduğu digər rəsmi oyunlar 1994-cü ilin sentyabrın 6-da səfərdə Rumıniyaya 2:5 hesabı ilə uduzduğumuz və 1998-ci il oktyabrın 9-da Macarıstanı Sumqayıtda 2:1 hesabı ilə məğlub etdiyimiz matçlar olub. Rumıniyalılarla oyunda Aslan Kərimovla Taleh Məmmədov, macarıstanlılarla görüşdə Ruslan Musayevlə Zaur İsmayılov fərqlənib. Hazırda əsas milli komandada ən çox oyun keçirən A.Kərimov olimpiya yığmamızın ilk qolunun müəllifi kimi tarixə düşüb. Xorvatiya ilə oyunda fərqlənən Asif Məmmədovla Vüqar Nadirov olimpiya yığmasında qol hesabını açıblar. Maraqlıdır ki, olimpiya yığmamız cari seçmə mərhələdə hər üç qolu rəqib meydanında vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR