Bank Of Baku

İqor Ponomaryov Vlastimil Petrjelanın “Neftçi” klubunda uğur qazanacağına inanmır

İqor Ponomaryov Vlastimil Petrjelanın “Neftçi” klubunda uğur qazanacağına inanmır
# 12 sentyabr 2007 13:42 (UTC +04:00)
“Neftçi” klubunun yeni baş məşqçisinin Vlastimil Petrjela olması mənim üçün gözlənilməz olmadı. Məşqçi bu gün bir yerdə, sabah tamam fərqli məkanda çalışa bilər. Bu mənada Petrjelanın “Neftçi”yə təyinatını adi qarşıladım”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun sabiq futbolçusu İqor Ponomaryov deyib. Futbol üzrə yeganə azərbaycanlı olimpiya çempionu olan İ.Ponomaryov “Neftçi”nin çexiyalı mütəxəssis Vlastimil Petrjelanın rəhbərliyi altında Avropada da nəticə qazanacağına proqnoz verməkdə çətinlik çəkib: “Zenit” Petrjelanın rəhbərliyi altında uğurlu çıxış edibsə, burada komandaya yaradılan şəraitin, futbolçuların da rolu olub. Petrjela “Zenit”də yaxşı şəraitdə işləyib, onun ixtiyarında yüksək səviyyəli futbolçular olub. “Zenit” ilə “Neftçi” tamam fərqli komandalardır. Bildiyimə görə, Petrjela “Zenit”də fəaliyyətini başa vurub vətəninə qayıtdıqdan sonra uğur qazana bilməyib. Bu, çexiyalı mütəxəssisin işlədiyi şərait, sərəncamında olan futbolçulardan çox şey asılı olduğunu göstərir. Bu mənada, Petrjelanın “Neftçi”dəki fəaliyyəti ilə bağlı indidən qəti bir şey söyləmək çətindir”. Rusiyanın “Maşuk-KMV” klubundan ayrıldıqdan sonra dörd aydır işsiz qalan Azərbaycan milli komandasının sabiq baş məşqçisi hələ də istirahət etdiyini qeyd edib: “İsveçdə istirahət edirəm. Məşqçilik fəaliyyətimi davam etdirməklə bağlı yeni variantlar yoxdur. Baş məşqçilərini dəyişən “Neftçi” ilə “Bakı” mənimlə danışıq aparmayıb. Ümumiyyətlə, Azərbaycan klublarından heç biri ilə danışıqlarım olmayıb. İlin sonunadək Bakıya gəlməyi planlaşdırsam da, vaxtını hələ dəqiqləşdirməmişəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR