Bank Of Baku

Luis Felipe Skolari: “Azərbaycanla oyunda mütləq qalib gəlməliyik”

Luis Felipe Skolari: “Azərbaycanla oyunda mütləq qalib gəlməliyik”
# 12 sentyabr 2007 15:20 (UTC +04:00)
Futbol üzrə Portuqaliya milli komandası oktyabrın 13-də Bakıda Azərbaycan yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyununa yalnız qələbə üçün çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Serbiya ilə bu gün seçmə matç öncəsi təşkil etdiyi mətbuat konfransında məlumat verib. L.F.Skolari bildirib ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qalan oyunlarda qalib gəlməkdən başqa çıxış yolları yoxdur: “Mənim hesablamalarıma görə, aktivimizdəki xalların sayı hazırkından iki xal artıq olmalı idi. Avstriya və İsveçrədə keçiriləcək Avropa çempionatının final mərhələsinə yollanmaq üçün məqsədimiz qarşıdakı seçmə oyunlarımızdan, nəyin bahasına olursa-olsun, 3 xal götürməkdir”. Braziliyalı mütəxəssisin fikrincə, komandası hazırda I seçmə qrupda tutmalı olduğu yerdə qərarlaşmayıb.
Qeyd edək ki, Portuqaliya millisini Serbiya və Azərbaycandan başqa, Qazaxıstan, Ermənistan və Finlandiya ilə oyunlar gözləyir. Hazırda 9 oyundan 16 xalla 3-cü pillədə qərarlaşan Portuqaliya bir oyun çox keçirən Polşadan 4, Finlandiyadan isə 2 xal geridə qalır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR