Bank Of Baku

Klaus Topmöller Şahin Diniyevə məsləhət verdi

Klaus Topmöller Şahin Diniyevə məsləhət verdi
# 13 sentyabr 2007 08:32 (UTC +04:00)
“Azərbaycan yığması bacarıqlı komandadır və istənilən rəqiblə mübarizə aparmaq iddiasındadır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Gürcüstan milli komandasının baş məşqçisi Klaus Topmöller deyib. Almaniyalı mütəxəssis Azərbaycanla yoldaşlıq görüşünə ciddi yanaşdıqlarını bildirib: “Oyundan əvvəl futbolçulara rəqibi ciddi qəbul etməyi tapşırmışdım. Azərbaycan millisinin elə bu stadionda Finlandiyanı 1:0 hesabı ilə məğlub etməsini nəzərə almaq lazımdır. Heyətimizdə ilk oyunlarını keçirən bir neçə futbolçu var idi. Onlar bu şansdan maksimum yararlanmağa çalışdılar, can yandırdılar. Bu matç komandaların hazırlıq səviyyəsini yoxlamaq üçün yaxşı bir imkan oldu. Futbolçularımız birinci hissədə hesabı açmaq üçün iki real qol imkanı qazansa da, təəssüf ki, bundan yararlana bilmədilər. Əvəzində gözləmədiyimiz qolu buraxdıq. Bu, rəqibin əlinə düşən imkandan lazımınca yararlanmağın göstəricisidir. Düzdür, həmin epizodda qapıçımız da səhv etdi. İkinci hissədə yaxşı oyun nümayiş etdirdik və bunun məntiqi nəticəsi kimi hesabı tez bərabərləşdirdik. Bütövlükdə komandamın çıxışından razı qaldım”. K.Topmöller Şahin Diniyevə öz məsləhətlərini də çatdırıb: “Azərbaycan yığmasının baş məşqçisinə komanda ilə birgə yumruq kimi birləşməyi arzulayıram. Yaxşı oyun üçün təşəkkürümü bildirib, millinizə seçmə mərhələnin qalan oyunlarında uğurlar diləyirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR