Bank Of Baku

Şahin Diniyev “istefa” şüarına fikir vermir

Şahin Diniyev “istefa” şüarına fikir vermir
# 13 sentyabr 2007 09:25 (UTC +04:00)
“Qələbə qazana bilərdik. Hər halda, hesab oyuna görə oldu”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Gürcüstanla 1:1 hesabı ilə başa çatan görüşdən sonra Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyevin sözlərinə görə, yoldaşlıq matçlarında nəticə onun üçün əhəmiyyətli deyil: “Belə oyunlarda həmişə rəsmi görüşlərdə meydana çıxaracağım heyəti sınaqdan keçirmək məqsədi güdmüşəm. Bu mənada Gürcüstanla görüşdən nə isə qazandıq. Qarşımızda duran vəzifə oktyabrda Portuqaliya və Serbiya ilə Bakıda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır. Gürcüstanla görüş komandanın gücünü öyrənmək baxımından yaxşı alındı”. Baş məşqçi futbolçuların fiziki hazırlığından narazı qaldığını vurğulayıb: “Komanda taktiki baxımdan düzgün oyun nümayiş etdirdi. Ancaq həmişəki kimi, yaralı yerimiz olan fiziki hazırlıqsızlıq özünü göstərdi. Buna baxmayaraq, oyun xoşuma gəldi və komandamdan narazı qalmadım”. Ş.Diniyev Gürcüstan millisinin aparıcı futbolçularının oyunda iştirak edəcəyi halda, hesabın fərqli olacağı fikri ilə razılaşmayıb: “Yoxlama görüşlərində adətən üç-dörd yeni futbolçu debüt edir. Belə matçlar sərəncamımızda olan bütün futbolçuları sınaqdan keçirmək üçündür. Ona görə də Gürcüstan yığmasının zəif olduğunu hesab etmirəm. Hətta Kaladze, Kobiaşvili və digər futbolçuların yer aldığı Gürcüstan millisinin bu gün bizə qarşı oynayan komandadan güclü hesab etməzdim”. Ş.Diniyev qarşılaşmanın sonunda ünvanına səslənən “istefa” şüarlarına fikir vermədiyini bildirib: “Qoy desinlər də. Bu onların şəxsi işidir. Mən nə edə bilərəm ki?” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR