Bank Of Baku

Vlastimil Petrjela: “Azərbaycan yığmasının heyətində ən çox bəyəndiyim futbolçu Samir Əliyev oldu”

Vlastimil Petrjela: “Azərbaycan yığmasının heyətində ən çox bəyəndiyim futbolçu Samir Əliyev oldu”
# 13 sentyabr 2007 10:51 (UTC +04:00)
“Gürcüstanla yoldaşlıq görüşündə Azərbaycan yığmasının heyətində ən çox bəyəndiyim futbolçu Samir Əliyev oldu. Fikrimcə, o, həmin oyunda komandanın ən yaxşı futbolçusu idi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. Çexiyalı məşqçinin sözlərinə görə, milli komandaya göndərdiyi 5 futbolçunun hamısının çıxışından razı qalıb: “Samir meydanda ən yaxşılardan idi, çox çalışdı. Onun nümayiş etdirdiyi oyun məni razı saldı. Subaşiç haqda da bu fikirləri deyə bilərəm. Branimir Samir kimi oyunu ilə gözə çarpmasa da, hər halda, hücumçu kimi üzərinə düşən vəzifəni qol vurmağı yerinə yetirdi. Aleksandr Çertoqanov ilk hissədə arxaya çəkilən mərkəz müdafiəçisinə yaxın oynayırdı. Ancaq ikinci hissədə orta sahədə çıxış etdi və bu zaman oyunu dana çox xoşuma gəldi. İkinci hissənin ortalarında meydana çıxan Ramazan Abbasovun oyun praktikası sarıdan korluq çəkdiyi hiss olunurdu. Hər halda, klubda əsas heyətə düşməkdə çətinlik çəkir. Səhv etmirəmsə, bir oyunda start heyətində yer alıb. Bununla belə, Ramazanı istedadlı futbolçu sayıram. Ramin Quliyev isə meydanda çox az vaxt olduğundan, oyunu haqda fikir yürütməkdə çətinlik çəkirəm”. V.Petrjela Azərbaycan millisinin oyunundan da razı qalıb. Bununla belə, çexiyalı mütəxəssisi narazı salan məqamlar da var: “Samir Əliyevlə Branimir Subaşiçin hücumda tandemi çox yaxşı alınır və gələcək rəsmi oyunlarda bu duet komandaya böyük fayda verə bilər. Ancaq məsələ ondadır ki, hücumçuları topla təmin etmək lazımdır. Bu vəzifə yarımmüdafiəçilərin üzərinə düşür. Orta sahənin oyunu məni razı salmadı. Əsas çatışmazlıq kimi bunu qeyd edə bilərəm. Ümumilikdə, Gürcüstanla bərabər səviyyəli oyun keçdi. Ancaq gürcülər az da olsa, daha yaxşı təsir bağışlayırdı. Onlar daha cəld, sürətli, texnikalı idilər, ötürmələri dəqiqliyinə görə seçilirdi, xətlər arasında əlaqə qaydasında idi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR