Bank Of Baku

Luis Felipe Skolari: “Portuqaliya xalqından üzr istəyirəm”

Luis Felipe Skolari: “Portuqaliya xalqından üzr istəyirəm”
# 14 sentyabr 2007 10:18 (UTC +04:00)
Portuqaliya milli komandasının baş məşqçisi Luis Felipe Skolari Serbiya yığması ilə oyundan sonra futbolçu İvitsa Draqutinoviçi vurduğu üçün üzr istəyib. “APA-Sport” agentliyinin məlumatına görə, portuqaliyalı mütəxəssis müdafiəçini vurmasının səbəbini də açıqlayıb. L.F.Skolari İ.Draqutinoviçin onun ailəsini təhqir etdiyini bildirib: “Mən Portuqaliyadan və Portuqaliya xalqından üzr istəyirəm. Çünki bu ölkə mənim evimdir. Olay kifayət qədər ağlasığmaz alındı. Mən sadəcə, oyunçularımı müdafiə edirdim. Draqutinoviç isə ispan dilində ailəmi təhqir etdi. Onun ispanca dediyi sözləri mən yaxşı xatırlayıram”.
Qeyd edək ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya və Serbiya yığmalarının qarşılaşması 1:1 hesabı ilə nəticələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR