Bank Of Baku

Yunis Hüseynov: “Petrjela təcrübəli, mən isə gənc və perspektivli məşqçiyəm”

Yunis Hüseynov: “Petrjela təcrübəli, mən isə gənc və perspektivli məşqçiyəm”
# 14 sentyabr 2007 10:57 (UTC +04:00)
“Neftçi” ilə oyuna hazırlığımız yaxşı gedir. Lənkəranda beş günlük təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıtmışıq. Bu görüşə ciddi hazırlaşaraq, meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Standard” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Y.Hüseynov karyerasının daha çox hissəsini keçirdiyi və vaxtilə kapitanı olduğu “Neftçi” klubunu məşqçi kimi məğlub etmək fikrindədir. “Karvan” klubunda çalışdığı üç ildə buna nail olmayan Y.Hüseynov bu dəfə “Neftçi”nin yeni baş məşqçisi Vlastimil Petrjela ilə qarşılaşmadan çəkinmədiyini söyləyib. “Standard”ın sükanı arxasında son üç oyunda məğlub olmayan 42 yaşlı mütəxəssis çexiyalı həmkarının Azərbaycanda məşqçi kimi debütünü korlamağa çalışacaq: “Petrjela təcrübəli mütəxəssisdir. Mən isə gənc və perspektivli məşqçiyəm. Məşqçi sirlərini öyrənirəm. “Neftçi” ilə oyunda qələbə qazansaq, bu o demək deyil ki, mən Petrjeladan güclü mütəxəssisəm. Petrjelanı “Neftçi”də işləməsi, futbolumuza yaxşı bələd olmamağının bizə xeyri dəyə bilər. Ancaq digər tərəfdən, rəqib komandada ən güclü futbolçular çəmləşib. Yeri gəlcə, onlara necə oynamağı başa salmaq lazım deyil. “Neftçi”nin futbolçuları məşqçiyə də ehtiyac olmadan meydana çıxıb, lazım olanı edəcəklər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR