Bank Of Baku

Fransa yığmasının baş məşqçisi Raymon Domenek istefaya göndərilib

Fransa yığmasının baş məşqçisi Raymon Domenek istefaya göndərilib
# 14 sentyabr 2007 13:05 (UTC +04:00)
Fransanın futbol üzrə milli komandasında baş məşqçi dəyişikliyi baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, komandaya rəhbərlik edən Raymon Domenek bu gün istefaya göndərilib. Buna səbəb Fransa millisinin Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir. Fransalılar son iki oyunda səfərdə İtaliya ilə heç-heçə edib və doğma meydanda Şotlandiyaya uduzaraq, qrup liderliyini əldən verib. Federasiyanın qərarına əsasən, bundan sonra yığmanı Jerar Ulye çalışdıracaq. 60 yaşlı təcrübəli mütəxəssis karyerası ərzində İngiltərənin “Liverpul” və Fransanın “Lion” klublarında çalışıb. Son iki mövsümdə “Lion”a ölkə çempionatının qızıl medallarını qazandıran J.Ulye, həmçinin 1989 və 1998-ci illərdə də vətəninin yığmasına rəhbərlik edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR