Bank Of Baku

AFFA və UNICEF arasında anlaşma memorandumu imzalanıb

AFFA və UNICEF arasında anlaşma memorandumu imzalanıb
# 14 sentyabr 2007 13:05 (UTC +04:00)
UNICEF və AFFA birgə tərəfdaşlıq kompaniyasına start veriblər. “APA-Sport” agentliyinin məlumatına görə, kompaniyanın məqsədi futbolun gücündən istifadə edərək, təcrid olunmuş və əlverişsiz şəraitdə yaşayan oğlanların və qızların idmanda iştirakını artırmaq, uşaqlar və gənclər arasında sağlam həyat tərzi və həyat bacarıqları haqqında bilikləri genişləndirmək və bütün respublikada qızların idmanda iştirakını artırmaqdır. Bu məqsədilə hər iki qurum arasında bu gün anlaşma memorandumu imzalanıb.
“Biz futbolun gücünə inanırıq. Biz inanırıq ki, idman uşaqlara təkcə fiziki cəhətdən güclü böyüməyə deyil, həm də onları bütün həyatı boyu müşayiət edəcək etimad və özünə hörmət hissləri formalaşdırmağa kömək edir” - deyə, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hanaa Sinqer vurğulayıb. Onun sözlərinə görə, idman gənclərə ədalətli oyun öyrətməyin ən güclü yollarından biridir. İdman gənclərə pozulmaqdan, narkotik maddələrdən, zorakılıqdan və digər təhlükəli davranışlardan imtina etməyə kömək edir.
AFFA-nın baş katibi Elxan Məmmədov isə bildirib ki, rəhbərlik etdiyi qurumun UNICEF ilə əməkdaşlıq etməsindən məmnundur: “Bu tərəfdaşlıq AFFA üçün çox mühümdür. Çünki söhbət təkcə futboldan deyil, ümumiyyətlə idman və inkişafdan gedir”.
UNICEF ilə AFFA arasında birgə iş UNICEF ilə FİFA arasında qlobal tərəfdaşlığa əsaslanacaq.
Qeyd edək ki, 2001-ci ildən bəri hər iki təşkilat birləşərək, dünyanın ən məşhur idman növündən uşaqların əsgər kimi orduya cəlb edilməsinin qarşısının alınması, maarifləndirmə və müzakirələr vasitəsilə onların HİV/QİÇS təhlükələri haqqında məlumatlandırılması və qızların təhsilinin artırılması vasitəsi kimi istifadə edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR