Bank Of Baku

Vlastimil Petrjela: “Özüm üçün nəticə çıxarıram”

Vlastimil Petrjela: “Özüm üçün nəticə çıxarıram”
# 14 sentyabr 2007 13:38 (UTC +04:00)
“Azərbaycan çempionatında, “Neftçi” klubunun baş məşqçi postunda debütümü qələbə ilə qeyd etmək fikrindəyəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. Çexiyalı mütəxəssis debüt matçında görüşəcəyi “Standard” klubu haqda danışmaq istəməyib: “Yalnız onu deyə bilərəm ki, oyun heç də asan olmayacaq. Mən komandanı bu çətin sınağa yaxşı hazırlaşdırmağa çalışıram. “Standard” ilə oyuna hazırlıq prosesində ağıq məşqlərimiz oldu. Bu, əsasən fiziki hazırlıqla bağlı idi. Azərbaycan yığmasının Gürcüstanla yoldaşlıq görüşünü izləyəndə futbolçuların fiziki hazırlığının lazımi səviyyədə olmadığının şahidi oldum. Məşqlərdə fiziki hazırlığa, sürətə xüsusi yer ayırıram. Komandanın oyununda da məni əsas maraqlandıran sürətdir. “Neftçi”nin sükanı arxasında olduğum bu iki həftə ərzində məşqlərdə çatışmazlıqları aradan qaldırmağa çalışdım. Ümid edirəm ki, bu ağır məşqlər futbolçular üçün problem olmayacaq, əksinə, onlar oyunda özlərini ən yaxşı tərəfdən göstərəcəklər”. Çexiyalı mütəxəssis Azərbaycan yığmasında çıxış edən Samir Əliyev, Branimir Subaşiç, Aleksandr Çertoqanov, Ramazan Abbasov və Ramin Quliyevi çox yükləmədiyini bildirib: “Onlar yorğun qayıtdılar. Bunu nəzərə alaraq, hamısının istirahət etməsinə şərait yaratdım. Yalnız yüngül məşqlər keçdim”. Baş məşqçi üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün vaxta ehtiyac olduğunu söyləyib: “Azərbaycanda məşqçi kimi yeni fəaliyyətə başlamışam. Əksər komandaları tanımıram. “Neftçi”nin futbolçularının bacarıqlarını, çıxış etdiyi mövqeləri öyrənərək, özüm üçün nəticə çıxarıram. Bütün bunlar problemdir, həllinə vaxt lazımdır. Çempionatın gedişində problemlər tədricən arxada qalacaq. Problemlərim olsa da, “Standard” ilə debüt oyununda yalnız qələbə qazanmaq haqda düşünürəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR