Bank Of Baku

Tahir Süleymanov AFFA-nın Ekspert komissiyasından uzaqlaşdırılıb

Tahir Süleymanov AFFA-nın Ekspert komissiyasından uzaqlaşdırılıb
# 14 sentyabr 2007 15:17 (UTC +04:00)
Sabiq FİFA referisi Tahir Süleymanov AFFA-nın Ekspert Komissiyasından uzaqlaşdırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, buna onun “Qaraba𔝠klubunda işə düzəlməsi səbəb olub. T.Süleymanovun komissiyada və “Qarabağ”da paralel çalışması mövcud qaydalara zidd olduğu üçün AFFA rəhbərliyi onunla əməkdaşlığa son qoyub. Beləliklə, keçmiş hakimin XV milli çempionatın sonlarında yaradılmış ekspert komissiyasındakı fəaliyyəti 3 ay çəkib. Komissiyaya əvvəlki kimi, Siyavuş İbrahimov başçılıq edir. S.İbrahimovla yanaşı, bu qurumun üzvləri Rüstəm Rəhimov, Nazim Süleymanov və Kazbek Tuayev stadionlara gedərək, ölkə birinciliyinin oyunlarını izləyirlər. XVI milli çempionatın arxada qalan 4 turu ərzində ekspert komissiyasına heç bir klubdan rəsmi şikayət məktubu daxil olmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR