Bank Of Baku

Ərəstun Niftiyev: “Bəybala Məmmədov çoxdan getmək istəyirdi”

Ərəstun Niftiyev: “Bəybala Məmmədov çoxdan getmək istəyirdi”
# 15 sentyabr 2007 09:36 (UTC +04:00)
“Bəybala Məmmədov klub prezidenti postundan çoxdan getmək istəyirdi. “Şahdağ”ın təsisçisi Vüqar Pirverdiyevin iştirakı ilə keçirilən iclasda onun istefası qəbul olundu. Mən isə komandaya yeni prezident təyin edildim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Şahda𔝠klubunun yeni prezidenti Ərəstun Niftiyev deyib. Son iki ildə komandada vitse-prezident postunda çalışmış Ə.Niftiyev daha məsul vəzifəyə təyin edilməkdən çəkinmədiyini söyləyib: “Klubda işlədiyim dövrdə təcrübə toplamışdım. Eyni zamanda, Bəybala müəllim hazırda kluba bacardığı köməyi edir. Onunla müəyyən məsələlərdə məsləhətləşirəm”. Ə.Niftiyevin sözlərinə görə, komandanın qarşısına güclülər dəstəsinə qayıtmaq vəzifəsi qoyulmayıb: “Ötən mövsüm komanda güclülər dəstəsində yerini qoruya bilmədiyi üçün narazılıqlar oldu. Kluba bağlı insanların çəkdiyi əzab nəticəsiz qaldı və komanda birinci dəstəyə düşdü. Hazırda komandanın qarşısına güclülər dəstəsinə qayıtmaq vəzifəsini qoymamışıq. Ancaq futbolçulara bütün oyunlarda meydana yalnız qələbə qazanmaq üçün çıxmalarını tapşırmışam. Təbii ki, qələbələr çox olarsa, güclülər dəstəsinə çıxmaq mümkündür. Vüqar Pirverdiyev yenə də komandaya himayədarlıq edir. Klub üçün şərait yaxşıdır, üstəlik, ev oyunlarımız yenidən öz meydanımızda keçirdiyimizdən Qusarda əsl futbol bayramı yaşanır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR