Bank Of Baku

Emin Quliyev yeni rekord müəyyənləşdirib

Emin Quliyev yeni rekord müəyyənləşdirib
# 17 sentyabr 2007 10:07 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Emin Quliyev yeni rekord müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, 30 yaşlı futbolçu XVI Azərbaycan çempionatında vurulan ən erkən qolun müəllifi olub. “Turan”la oyunun 1-ci dəqiqəsində hesabı açan E.Quliyev “Neftçi” klubunun kapitanı Zaur Tağızadənin rekordunu təzələyib. Z.Tağızadə II turda Sumqayıtda “Gənclərbirliyi” ilə görüşün 8-ci dəqiqəsində fərqlənmişdi. E.Quliyevin vurduğu qol, həm də “Xəzər-Lənkəran”ın tarixində vurduğu ən erkən qol sayılır.
Qeyd edək ki, zədə səbəbindən az öncə Azərbaycan yığmasının heyətində Gürcüstanla yoldaşlıq görüşündə iştirak etməyən E.Quliyev “Turan”la matçda vurulan hər iki qolun müəllifi olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR