Bank Of Baku

Vlastimil Petrjela: “Debüt həmişə çətin olur”

Vlastimil Petrjela: “Debüt həmişə çətin olur”
# 17 sentyabr 2007 11:03 (UTC +04:00)
“Yeni məşqçi üçün ilk oyun adətən çətin olur. “Standard” ilə görüş bunun bariz nümunəsi oldu”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela bildirib. Çexiyalı mütəxəssisin sözlərinə görə, “Standard” ilə görüşdə 3:1 hesabı ilə qazanılan qələbədən razı qalıb: “Erkən qolu buraxmağımızda müdafiədə etdiyim dəyişiklərin təsiri oldu. Rəqib futbolçu Elnur Allahverdiyevin gecikməsindən maksimum yararlandı. Ancaq komanda ruhdan düşmədi və fasiləyədək nəinki hesabı bərabərləşdirdi, hətta hesabda irəli də çıxdı. Futbolçular oyuna yaxşı köklənmişdilər. “Standard”la görüşdə motivasiyanın böyük olması qələbədə əsas rol oynadı və bundan razıyam”. Futbolçuların gözləmədiyindən də çox səhvlərə yol verdiyini vurğulayan V.Petrjelanın fikrincə, əsas məqsəd qələbə qazanmaq olub: “Meydana üç xal qazanmaq üçün çıxmışdıq. Məqsədimizə çatdıq. Bununla belə, müdafiədə, taktiki sxemdə edilən dəyişiklər, sürətlə oyuna alışmaq üçün vaxt lazımdır. Futbolçularda ağır məşqlərdən sonra yorğunluq hiss olunurdu. Hər halda, debütümü qələbə ilə qeyd etmək üçün çox çalışdılar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR