Bank Of Baku

“Xəzər-Lənkəran” Sankt-Peterburqa gedəcək

“Xəzər-Lənkəran” Sankt-Peterburqa gedəcək
# 18 sentyabr 2007 08:14 (UTC +04:00)
MDB və Baltikyanı ölkələrin çempionlarının sayca XVI Birlik Kubokunun tarixi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, yarış 2008-ci il yanvarın 19-da Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək. 9 gün davam edəcək turnirin oyunları “Peterburqski” İdman-Konsert Kompleksində və “Zenit” İdman Oyunları Sarayında keçiriləcək. Ənənəvi olaraq, Moskvada təşkil olunan Birlik Kubokunun bu dəfə Sankt-Peterburqa keçirilməsinə səbəb həmin vaxt Rusiyanın paytaxtına topla hokkey üzrə dünya çempionatının salınması ilə bağlıdır. Əvvəlki yarışlarda futbol turnirinin oyunlarının keçirildiyi “Olimpiyski” İdman Kompleksi həmin vaxt hokkey ustalarının ixtiyarına veriləcək. Amma Birlik Kubokunun reqlamentində heç bir dəyişiklik edilməyəcək. Əvvəlcə 16 komanda 4 qrupa bölünəcək. Bir dövrəlik qrup oyunlarından sonra pley-off görüşləri baş tutacaq. Yarışın püşkü gələn ay atılacaq. Turnirdə isə Azərbaycanı 2006-2007 mövsümündə ölkə çempionatının və kubokunun qalibi “Xəzər-Lənkəran” klubu təmsil edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR