Bank Of Baku

Azərbaycan Portuqaliya görüşü saat 21:00-da başlayacaq

Azərbaycan  Portuqaliya görüşü saat 21:00-da başlayacaq
# 18 sentyabr 2007 09:02 (UTC +04:00)
Azərbaycan milli komandasının 2008-ci Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Portuqaliya ilə Bakıda keçiriləcək oyunun başlanma vaxtı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq. Bu, Azərbaycan yığmasının Portuqaliya millisi ilə Bakıda keçirəcəyi ikinci matç olacaq. İlk görüş 1999-cu ilin sentyabrına təsadüf edib. 8 il öncə baş tutan qarşılaşmada portuqaliyalılar yalnız son dəqiqələrdə bərabərlik topunu vurmuşdular 1:1. Həmin oyunun gedişində stadionda projektorlar söndüyündən qarşılaşma bir gün sonra baş tutmuşdu. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR