Bank Of Baku

Elton Con Valentin Xodukinin planlarını pozub

Elton Con Valentin Xodukinin planlarını pozub
# 18 sentyabr 2007 09:16 (UTC +04:00)
“İnter” klubunun VI turda “Simurq” ilə sentyabrın 22-də keçiriləcək oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək planı baş tutmayacaq. Bu barədə “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Valentin Xodukin məlumat verib. Ukraynalı mütəxəssisin sözlərinə görə, “Simurq”la matçın ölkənin baş arenasında keçirilməsi ilə bağlı etdiyi müraciətə müsbət cavab almayıblar: “Ancaq Elton Conun konserti planlarımızı pozdu. Düzdür, konsertə görə təxirə salınan “Bakı” “Neftçi” görüşündən fərqli, komandamızın “Simurq”la görüşü bir gün əvvəl baş tutacaq. Bu səbəbdən sentyabrın 22-də də Respublika stadionunda oyun olmayacaq. Mənə verilən məlumata görə, konsertə hazırlıq prosesi “İnter” “Simurq” matçı keçirilən vaxt başlayacaq”. V.Xodukin “İnter” klubunun icarəyə götürdüyü “Şəfa” stadionunda oyun keçirməyin hələlik mümkün olmadığını söyləyib: “Əslində həmin stadionun sentyabrın 2-də sərəncamımıza veriləcəyi deyilirdi. Ancaq yenidənqurma işləri tam yekunlaşmayıb. Zabrat qəsəbə stadionunun qazonunu qaydasına salmaq üçün bir həftəlik bağlamaq istəyirdik. Belə olan halda, həm məşq etməyə, həm də “Simurq”la görüşümüzü keçirməyə meydan olmur. Nəzərə almaq lazımdır ki, “İnter”lə yanaşı, “Olimpik” də hazırda məşqlərini Zabrat stadionunda keçirir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR