Bank Of Baku

AFFA Yunis Hüseynova 4000 manat cərimə kəsib

AFFA Yunis Hüseynova 4000 manat cərimə kəsib
# 18 sentyabr 2007 11:43 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) “Standard” klubunun baş məşqçisi Yunis Hüseynovu cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Y.Hüseynov “Neftçi” ilə oyunun fasiləsində matçın hakim-inspektoru Müzəffər Qasımovu hakimlər otağından çölə dəvət edərək, baş hakim Fariz Yusifovun ünvanına təhqiredici ifadələr işlətdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb. Bu səbəbdən baş məşqçi növbəti dörd görüşdə “texniki zona”dan kənarda qalmaqla yanaşı, 4000 manat cərimə ödəyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR