Bank Of Baku

AFFA klubları 12020 manat məbləğində cəzalandırıb

AFFA klubları 12020 manat məbləğində cəzalandırıb
# 18 sentyabr 2007 12:11 (UTC +04:00)
Bu gün AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK XVI milli çempionatın iştirakçısı olan 14 klubdan səkkizini cəzalandırıb. Hesabat turunda meydandan qovulan Rafael Əmirbəyovla (“Bakı”) Ayxan Abbasov (“Qarabağ”) bir oyunluq cəzalanıb. Hər iki futbolçu klublarını 200 manat ziyana salıb. “Sumurq”la səfər matçında rəqibi əli ilə vurduğu üçün birbaşa qırmızı vərəqə alan “Qəbələ” klubunun gürcüstanlı legioneri İrakli Vaşakidzenin cəzası daha ağır olub. Belə ki, iki oyunluq cəzalanan İ.Vaşakidze 2000 manatlıq cəriməyə məruz qalıb. “Qəbələ”, “Simurq”, “Olimpik”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Standard” klubları futbolçuları nəzərdə tutulandan artıq sarı vərəqə aldığı üçün hər biri 1000 manat cərimə ödəyəcək. Ümumilikdə, NİK bu gün güclülər və birinci dəstə klublarına 12020 manat cərimə kəsilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR