Bank Of Baku

İsgəndər Cavadovun ad günü münasibətilə sabah veteran futbolçularla deputatlar arasında yoldaşlıq görüşü keçiriləcək

İsgəndər Cavadovun ad günü münasibətilə sabah veteran futbolçularla deputatlar arasında yoldaşlıq görüşü keçiriləcək
# 18 sentyabr 2007 15:34 (UTC +04:00)
Veteran futbolçu İsgəndər Cavadovun anadan olmasının 51-ci ildönümü münasibətilə sabah “Neftçi” Veteranları Futbol Klubu ilə deputatlardan ibarət komanda arasında yoldaşlıq matçı keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə klubun prezidenti Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlanacaq. Veteranlardan ibarət komandada Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev, eləcə də, Şakir Qəribovla Arif Əsədov da çıxış edəcəklər. Hazırda klubsuz olan Elmir Xankişiyev və Ədahim Niftəliyevə də dəvət göndərilib. Deputatlardan ibarət komandada isə Siyavuş Novruzov, Adil Əliyev, Azay Quliyev, Eyvaz Qurbanov, Fuad Muradov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Qəzənfəroğlu və digər millət vəkillərinin iştirakı gözlənilir. İ.Cavadov deputatlardan ibarət yığmanın baş məşqçisi sayılsa da, veteranlar komandasının formasını geyəcək. Oyunu Orucəli Durmuşov idarə edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR