Bank Of Baku

Azərbaycan Serbiya görüşünün başlanma vaxtı müəyyənləşib

Azərbaycan  Serbiya görüşünün başlanma vaxtı müəyyənləşib
# 19 sentyabr 2007 09:03 (UTC +04:00)
Azərbaycan milli komandasının 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Serbiya ilə oktyabrın 17-də Bakıda keçirəcəyi oyunun başlanma vaxtı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı keçiriləcək görüş saat 21:00-da başlanacaq. Serbiya yığması indiyədək Bakıda bir oyun keçirib. 5 il öncə 2004-cü il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində “Şəfa” stadionunda keçirilən görüş Azərbaycan milli komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR