Bank Of Baku

Azərbaycan FİFA-nın reytinq siyahısında 8 pillə geriləyib

Azərbaycan FİFA-nın reytinq siyahısında 8 pillə geriləyib
# 19 sentyabr 2007 10:38 (UTC +04:00)
Azərbaycan yığması keçirdiyi son iki yoldaşlıq görüşündə məğlub olmasa da, ötən ayla müqayisədə 8 pillə geriləyib. Avqustun 22-də Tacikistanı səfərdə məğlub (3:2) edən, sentyabrın 12-də Gürcüstanla Bakıda heç-heçə (1:1) oynayan milli komandamızın geriləməsinə rəsmi oyunlar keçirməməyi öz təsirini göstərib. “APA-Sport” agentliyinin məlumatına görə, hazırda 287 xalla 115-ci pillədə yer alan Azərbaycan yığmasının 2008-ci Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya 2 pillə geriləyib. Oktyabrın 13-də Bakıya gələcək Portuqaliyanın son üç rəsmi oyunda heç-heçə etməsi 8-ci pilləyə düşməsi ilə nəticələnib. Oktyabrın 17-də Azərbaycan yığmasının qonağı olacaq Serbiya isə 4 pillə geriləyib və 22-ci yerdə qərarlaşıb. Polşa 16-cı, Finlandiya 44-cü, Belçika 60-cı, Ermənistan 87-ci, Qazaxıstan 120-ci pillədə yer alıb. Reytinq sıralamasının ilk pillələrində də dəyişiklik olub. Belə ki, son dünya çempionu İtaliya liderliyi Braziliyanın əlindən alıb. Argentina 2-ci, Braziliya 3-cü pillədə qərarlaşıb. Bir pillə irəliləyən Türkiyə yığması isə 21-ci sıradadır. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR