Bank Of Baku

“İnter” klubunun rəhbərliyi “Olimpik”dən üzr istəyib

“İnter” klubunun rəhbərliyi “Olimpik”dən üzr istəyib
# 19 sentyabr 2007 10:41 (UTC +04:00)
“İnter” Peşəkar İdman Klubu bəyanat yayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bəyanatda XVI Azərbaycan çempionatının V turunda Zabrat qəsəbə stadionunda keçirilən görüşdən sonra ukraynalı baş məşqçi Valentin Xodukinin “Olimpik” klubunun ünvanına söylədiyi fikirlərə münasibət bildirilib: “Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində “Olimpik” və “İnter” arasında 16 sentyabr 2007-ci ildə keçirilmiş qarşılaşmadan sonra komandamızın baş məşqçisi Valentin Xodukinin rəqib komandanın ünvanına bəzi fikirlər söyləməsi ətrafında müxtəlif səpgili yazılar dərc olunur. “İnter” rəhbərliyi bəyan edir ki, V.Xodukinin qarşı tərəfin birbaşa və ya dolayısı təsir vasitələri nəticəsində emosional tərzdə dediyi fikirləri paylaşmır və özünü təhqir olunmuş “Olimpik” Futbol Klubunun əməkdaşlarından üzr istəyir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR