Bank Of Baku

Portuqaliya yığması Qazaxıstanla oyuna Bakıda hazırlaşacaq

Portuqaliya yığması Qazaxıstanla oyuna Bakıda hazırlaşacaq
# 19 sentyabr 2007 12:47 (UTC +04:00)
Portuqaliyanın futbol yığması Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Qazaxıstana qarşı keçirəcəyi matça Bakıda hazırlaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, hazırlıq prosesi Azərbaycanla oyundan sonra olacaq. Portuqaliyalılar oktyabrın 11-də paytaxtımıza təşrif buyuracaqlar. Həmin gün Luis Felipe Skolari “Şəfa” stadionunda yetirmələrinə məşq keçəcək. Azərbaycanla qarşılaşmanın hazırlıq prosesi oktyabrın 12-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq məşqlə yekunlaşacaq. Ertəsi gün Respublika stadionunda Azərbaycan Portuqaliya matçı oynanılacaq. Portuqaliya yığmasının məşqçi korpusu Bakıda olduğu müddətdə 3 gün ardıcıl (11, 12, 13 oktyabr) mətbuat konfransı keçirəcək. Avropa çempionatının gümüş mükafatçıları heç bir sutka da istirahət etməyəcəklər. Belə ki, onlar oktyabrın 14-də saat 16:00-da Qazaxıstanla görüşün hazırlığına start verəcəklər. Növbəti məşq prosesi isə oktyabrın 15-nə təyin olunub. Hər iki məşq “Şəfa”da keçiriləcək. L.Skolarinin rəhbərlik etdiyi kollektiv həmin gün paytaxtımızı tərk edəcək və iki gündən sonra səfərdə Qazaxıstanla qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR