Bank Of Baku

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandaya Ermənistan üzərində mütləq qalib gəlməyi tövsiyə edib

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandaya Ermənistan üzərində mütləq qalib gəlməyi tövsiyə edib
# 19 sentyabr 2007 12:54 (UTC +04:00)
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov “Ruslan-93” klubunun bazasında 19 yaşınadək qızlardan ibarət Azərbaycan milli komandasının (U-19) üzvləri ilə görüşüb. “APA-Sport” agentliyinin məlumatına görə, federasiya rəsmisi yığmanın Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlığı ilə maraqlanıb. E.Məmmədov futbolçuların şəxsi problemlərini də dinləyərək, onların həlli üçün müvafiq göstərişlər verib. Baş katib problemini dilə gətirməyə çəkinən oyunçuları ürəkləndirmək məqsədi ilə danışana xüsusi mükafat veriləcəyini bildirib. Bununla da, U-19-un üzvləri qarşıya çıxan çətinlikləri daha asanlıqla ifadə ediblər. Ardından E.Məmmədov milli komandanın qitə birinciliyinin seçmə mərhələsindəki rəqiblərinə toxunub. O, vurğulayıb ki, Ermənistanla matça xüsusi hazırlaşmaq lazımdır. Baş katib ermənistanlılarla oyunun siyasi xarakter də daşıdığını deyərək, mütləq qələbə qazanmağı tövsiyə edib. Sonda U-19 məşqçi və futbolçu heyətinə uğurlar arzulayan E.Məmmədov seçmə oyunlarda milli komandanın şərəfinin uca tutulmasının vacibliyini çatdırıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsinin oyunlarını Ukraynanın Lvov şəhərində keçirəcək. Sentyabrın 27-də meydan sahibləri ilə görüşəcək U-19 iki gün sonra Şotlandiyanı sınağa çəkəcək. Milli komandamızın Ermənistanla tarixi matçı oktyabrın 2-də baş tutacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR