Bank Of Baku

Rasim Kara: “Futbolçularımızı tərbiyələndiririk”

Rasim Kara: “Futbolçularımızı tərbiyələndiririk”
# 19 sentyabr 2007 15:40 (UTC +04:00)
“45 ildir futboldayam, bütün incəlikləri yaxşı bilirəm. Sərgən Yalçın, Oktay Dərəlioğlu kimi nizam-intizam baxımından axsayan futbolçular karyeralarının ən yaxşı dövrünü “Beşiktaş” klubunda rəhbərliyim altında keçiriblər. Oktay “Xəzər-Lənkəran”ı çalışdırdığım vaxtı ilk dövrənin gedişində gəlib, sonda 19 qol vurdu. “Qarabağ”da əsas məqsədim klubun sözün əsl mənasında peşəkar səviyyəyə çatdırmaqdır. Məşqçilik karyeramı buna qurban vermək naminə işimi sona çatdırmaq niyyətindəyəm. Artıq işə başlamışıq, təməli qoymuşuq və geriyə addımlamaq haqqımız yoxdur. Nə vaxtsa, “Qarabağ”ı tərk edəndə, vicdanla getmək istəyirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Qaraba𔝠klubunun baş məşqçi Rasim Kara deyib. Türkiyəli mütəxəssis bu gün keçirilən mətbuat konfransında bildirib ki, XVI Azərbaycan çempionatına uğursuz başlamaları onun üçün gözlənilməz olmayıb: “Qarabağ”da işlədiyim dönəmdə 29 futbolçu transfer etmişik ki, onun da 22-si gənc, yeniyetmə futbolçulardır. Ötən ilin sonunda mən baş məşqçi postuna gələndə komandada orta yaş həddi 33 idisə, indi 20-21-dir. Yeni mövsümə hazırlığa başlayarkən, ötən ilki heyətdən 6 futbolçu qalmışdı. Onlardan da üçünün Azər Məmmədov, İrakli və Qoqa Berayalar qardaşlarının zədə ilə bağlı ciddi problemi var idi. Uyğunlaşma ilə bağlı ilk turda məğlubiyyət komandaya böyük sıxıntılar yaşatsa da, əlimiz işdən soyumadı. İndidən təməli düzgün qurmalıyıq ki, sonra bunun bəhrəsini görək”. R.Kara hazırlıq prosesində hər incəliklərə fikir verəcəklərini söyləyib. Onun sözlərinə görə, nizam-intizama əməl etməyən futbolçular mütləq cəzasını alacaq: “Klubumuza bağlı olan hər bir şəxsə nizam-intizam məsələləri ilə bağlı sənəd paylamışıq. Kimliyindən, vəzifə səlahiyyətindən asılı olmayaraq, buna əməl edilməlidir. Futbolçular təkcə meydanı yox, kənarda da danışığını, hərəkətini bilməli, nizam-intizama riayət etməlidir. Fərqi yoxdur, avtobus, təyyarə, kafe, yaxud əyləncə məkanındadır. Yəni futbolçulara öz balamız kimi baxaraq, onları tərbiyələndiririk. Azərbaycan futbolunda gördüyümüz işlər yenilik olduğundan, çətinliklərimiz də çoxdur. Murad Ağakişiyevi cərimələdik ki, bundan nəticə çıxarıb gələcəkdə daha çox para qazansın. Eyni zamanda, yığmalarda da haqqında çox şey danışılan futbolçuların fiziki, taktiki, texniki hazırlığına xüsusi diqqət yetirəcəyik, ağır məşqlərimiz olacaq. Futbolçular mənə inanaraq, çətinliklərə sinə gərirlər. Gördüyümüz işlərin gələcəkdə mütləq bəhrəsini görəcəyik. Zamanı gələndə, inanılmaz transferlər edəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR