Viktor Barışev: “MKT-Araz” UEFA kubokunda mübarizəni dayandırmasaydı, ən azı yarım il yaşayardı”
- Cari Azərbaycan çempionatının startına təqribən iki gün qalmış sponsorumuz komandamızdan imtina etdi. Əlbəttə, hamı şokda idi. Mən təcili qaydada özümə yeni klub axtarışına çıxdım. Hələlik Moldova çempionatında “İskra-Stal” klubunda çıxış etmək qərarına gəlmişəm.
- Hansı müddətədək?
- Hələlik qışadək. Davamına baxarıq.
- Bildiyimizə görə, Azərbaycan klublarından biri sizə təklif göndərmişdi. Nəyə görə qalmadınız?
- Düzü, həmin klubun təklif etdiyi maliyyə şərtləri məni qane etmədi.
- Belə demək olarmı ki, pauza götürmüsünüz və qışda yenidən Azərbaycana qayıda bilərsiniz?
- Prinsipcə, bəli. Fikrimcə, mən Azərbaycanda futbolçu kimi özüm barədə yaxşı təəssürat yaratmışam. Əgər hər şey normal məcrada getsə, yaxşı təkliflər olsa, qayıdacağam.
- Hər halda, Siz artıq Azərbaycana öyrəşmişdiniz...
- İndi demək olar ki, bəli. Amma əvvəlcədən çətin idi.
- Orada futbolun vəziyyəti necədir?
- Düzü, Azərbaycan komandalarının səviyyəsi Moldovanınkından bir az üstündür. Əvəzində ölkə çempionatında ilk üç yer uğrunda ən azı 7 komanda mübarizə aparır. Azərbaycan çempionatı bu xüsusiyyətinə görə maraqlıdır. Mübarizə hər oyunda son turadək gedir.
- Azərbaycan futbolundakı pulun həcmi Moldovanınkından çoxdur...
- Bəli. Bu mənada fərq böyükdür. Orada klubların çox layiqli maliyyə qaynaqları var.
- UEFA kubokunun ilkin təsnifat mərhələsində “MKT-Araz”ı Polşanın “Qrotslin” klubu mübarizədən kənarlaşdırdı. Bu mərhələni keçə bilsəydiniz, komanda yaşayardı?
- Birmənalı şəkildə, bəli. Çempionata başlasaydıq, mütləq yaxın yarım ildə komandamız da yaşayardı. Təəssüf ki, cavab görüşündə ələdə düşən əlverişli imkanlarımızı qaçırdıq. O cümlədən, mən əlverişli vəziyyətdən topu rəqib qapısına göndərə bilmədim. Nəticədə sona beş dəqiqə qalmış qapımızdan hansısa mənada komandamızın taleyini həll edən top buraxdıq.
- Vadim Borets Azərbaycanda necə yaşayır? Onunla tez-tez əlaqə yaradırsınızmı?
- Vadim “Neftçi”nin liderlərindən biridir. Onda hər şey yaxşıdır. Tez-tez bir-birimizlə əlaqə saxlayırıq.
- Sizcə, Moldovada futbolçulara Azərbaycan kimi ölkələrə getməmələri üçün niyə yaxşı şərait yaratmırlar?
- Bizdə hələ futbola böyük pullar qoymağa hazır deyillər. Mən bu baxımdan, malikanə rolunu oynayan “Şerif” və “Zimbru” barədə danışmıram. Qalan klublarımız hazır deyillər. Bu səbəbdən, futbolçular xaricdə çıxış etməyə klub axtarırlar.
- Amma “İskra-Stal”ın Metallurgiya zavodu kimi çox yaxşı sponsoru var...
- Bəli, sponsor güclüdür. Amma inanmıram ki, onlar Azərbaycanda futbolçulara verilən pulun heç olmasa, yarısını ödəmək iqtidarında olsunlar.
- Moldova yığmasına əvvəllər müntəzəm olaraq, dəvət alırdınız...
- Hər bir məşqçinin özünəməxsus xüsusiyyəti, tələbləri var. Əvvəlki baş məşqçi bir qrup oyunçulara, hazırkı baş məşqçi İqor Dobrovolski isə başqalarına güvənir. Bu, normal haldır. Əlbəttə, yığmada çıxış etmək istərdim. Amma bunun üçün mənim arzum kifayət deyil. Mənə isə yalnız yaxşı çıxış etmək qalır. Məşqçilər qoy özləri qərar versinlər.
- Bəlkə, baş məşqçinin gözündən uzaqda oynadığınız üçün dəvət almırsınız?
- Prinsipcə, bu da təsirini göstərir. Azərbaycan çempionatını az adam izləyir. Əgər Azərbaycan futbolunun flaqmanı “Neftçi”nin ən yaxşı oyunçularından sayılan Vadim Borets yığmada oynamırsa, nə demək olar? Halbuki, mən səviyyəcə “Neftçi”dən geri qalan klubda çıxış edirdim. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək