Bank Of Baku

Veteran futbolçular deputatlardan ibarət komandanı məğlub ediblər

Veteran futbolçular deputatlardan ibarət komandanı məğlub ediblər
# 19 sentyabr 2007 16:55 (UTC +04:00)
İsgəndər Cavadovun anadan olmasının 51-ci ildönümü münasibətilə bu gün “Neftçi” Veteranları Futbol Klubu ilə deputatlardan ibarət komanda arasında yoldaşlıq görüşü keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkil olunan oyun veteranların qələbəsi ilə başa çatıb 5:4. Amma ilk yarıdan sonra millət vəkilləri hesabda öndə olublar 3:2. Üstəlik, Elton Məmmədov penaltidən fərqlənmək imkanından yararlana bilməyib. Fasilədən sonra veteranlar təşəbbüsə yiyələnərək, matçı qələbə ilə başa vurublar. Veteranların qollarından ikisi İsgəndər Cavadov və onun qardaşı Füzuli Cavadov, qalanlarını isə Şahin Diniyev, Qurban Qurbanov və Nazim Əliyev vurub. Deputatlardan isə Siyavuş Novruzov, Fuad Muradov, Adil Əliyev və Azər Əmiraslanov fərqləniblər. İ.Cavadovun ad günü münasibətilə sabah banket təşkil olunacaq. Tədbirdə ona deputatlar tərəfindən mükafatlar veriləcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR