Bank Of Baku

Joze Maurinyo istefaya göndərilib

Joze Maurinyo istefaya göndərilib
# 20 sentyabr 2007 08:38 (UTC +04:00)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo istefa verib. “APA-Sport” agentliyinin məlumatına görə, portuqaliyalı mütəxəssis Norveçin “Rusenborq” klubu ilə Çempionlar Liqası matçında qeydə alınan 1:1 hesablı heç-heçədən bir gün sonra komandadan ayrılıb. Klubun rəsmi saytında yerləşdirilən bəyanatda J.Mourinyo və “Çelsi”nin qarşılıqlı razılıq əsasında yollarını ayırdıqları qeyd olunub. Lakin Britaniya mətbuatı portuqaliyalı mütəxəssisin klubun sahibi Roman Abramoviçlə aralarında yaranan mübahisədən sonra komandadan getdiyini yazıb. Bəzi mənbələrdə isə onun qovulduğu istisna edilmir. Baş məşqçi son zamanlar “Çelsi”nin göstərdiyi nəticələrdən narazı qalan R.Abramoviçin tez-tez komandanın işlərinə müdaxiləsinə qarşı çıxıb. O, İtaliyanın “Milan” klubundan Andrey Şevçenkonun alınması ilə razılaşmayıb. Həmçinin, 44 yaşlı baş məşqçi rusiyalı milyarderin bu mövsüm transferlərə pul ayırmamasından şikayətlənib. “Çelsi”yə 2004-cü ildən rəhbərlik edən J.Mourinyo komandaya iki dəfə İngiltərə çempionluğu (2004-2005 və 2005-2006), bir dəfə İngiltərə kuboku (2007), iki dəfə İngiltərə Liqa kuboku (2004-2005 və 2006-2007) və İngiltərə Superkubokunu (2005) qazandırıb. Onun müqaviləsi 2010-cu ildə bitməli idi. “Çelsi”nin baş məşqçi postuna real namizəd kimi yayda İtaliyanın “Yuventus” klubundan ayrılan fransalı Didye Deşamın adı çəkilir. D.Deşam 1999-2000 mövsümündə futbolçu kimi bu komandanın şərəfini qoruyub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR