Bank Of Baku

Azərbaycan yığması Rusiyaya yollanıb

Azərbaycan yığması Rusiyaya yollanıb
# 20 sentyabr 2007 08:39 (UTC +04:00)
Azərbaycanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandası (U-19) bu gün Rusiyanın Noqinsk şəhərinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, səfərdə məqsəd Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşmaqdır. Yığmamız 5 günlük təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. U-19-un sentyabrın 23-də Rusiya, iki gün sonra Moskva yığması ilə oyunu nəzərdə tutulub. Şamil Heydərovun komandası sentyabrın 26-da Rusiyanı tərk edərək, qitə birinciliyinin seçmə mərhələsində iştirak etmək üçün Ukraynaya yollanacaq. Seçmə mərhələnin 7-ci qrupunda yer alan U-19 Ukrayna (27 sentyabr), Şotlandiya (29 sentyabr) və Ermənistanla (2 oktyabr) qarşılaşacaq. Bu yarışdan sonra U-19-un heyətində çıxış edən, eyni zamanda U-17-də oynamağa yaşı düşən futbolçular daha bir məsul turnirdə mübarizə aparacaqlar. Ukraynadan birbaşa Polşaya gedəcək U-17 tarixində ilk dəfə Avropa çempionatının seçmə mərhələsinə qatılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR