Bank Of Baku

Azərbaycan millisi Rusiyanın “Pontus” klubunu darmadağın edib

Azərbaycan millisi Rusiyanın “Pontus” klubunu darmadağın edib
# 20 sentyabr 2007 09:34 (UTC +04:00)
Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması (U-17) Avropa çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirir. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamız hazırlıq prosesi çərçivəsində yoxlama matçı keçirib. Yaşar Vahabzadənin yetirmələri Novoukrainsk şəhərinin “Pontus” klubunu sınağa çəkib. Oyun həmvətənlərimizin tam üstünlüyü şəraitində keçib. Nəticədə U-17 rəqib qapısına 4 cavabsız top vurub. Komandamız bu gün növbəti yoxlama görüşündə “Spartak-Gelengik” klubu ilə qarşılaşacaq. Yeniyetmə futbolçularımızın qarşıdakı günlərdə daha bir yoldaşlıq oyununa çıxması planlaşdırılıb. U-17 bir həftəlik təlim-məşq toplanışını sentyabrın 24-də başa vuraraq, vətənə qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR