Bank Of Baku

Portuqaliya Futbol Federasiyasının prezidenti Jilberto Madail Bakıya gəlir

Portuqaliya Futbol Federasiyasının prezidenti Jilberto Madail Bakıya gəlir
# 20 sentyabr 2007 10:12 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılaşacaq Portuqaliya milli komandası Bakıya oktyabrın 10-da təşrif buyuracaq. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, portuqaliyalıları gətirəcək təyyarə saat 19:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Portuqaliya nümayəndə heyətinin tərkibində ölkəmizə 26 rəsmi şəxs gələcək. Bunlar Portuqaliya Futbol Federasiyası (FPF) federasiyasının nümayəndələri, məşqçi, eləcə də texniki heyət üzvləri olacaqlar. Nümayəndə heyətinə FPF-nin prezidenti Jilberto Madail rəhbərlik edəcək. Səfər zamanı J.Madailin azərbaycanlı həmkarı Ramiz Mirzəyevlə görüşü nəzərdə tutulub. B.Əsgərovun bildirdiyinə görə, Bakıya gələcək futbolçu və azarkeşlərin sayı hələlik məlum deyil. Baş məşqçi Luis Felipe Skolarinin yığmanın heyətini yaxın günlərdə açıqlayacağı gözlənilir. Azarkeşlərə gəlincə, AFFA oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda portuqaliyalı azarkeşlərə pulsuz 125 yer ayırmalıdır. Beş gün paytaxtımızda qalacaq Portuqaliya komandası oktyabrın 15-də növbəti rəsmi matçını keçirmək üçün Qazaxıstana yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR