Bank Of Baku

Ağasəlim Mircavadov: “Dünyanın heç bir ölkəsində milli komandanın baş məşqçisi klubları danlamır”

Ağasəlim Mircavadov: “Dünyanın heç bir ölkəsində milli komandanın baş məşqçisi klubları danlamır”
# 20 sentyabr 2007 11:03 (UTC +04:00)
“Dünyanın heç bir ölkəsində milli komandanın baş məşqçisinin futbolçuların fiziki hazırlığının lazımi səviyyədə olmadığı üçün klubları danladığını görməmişəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Vaxtilə Azərbaycan yığmasının baş məşqçi postunda çalışmış A.Mircavadovun sözlərinə görə, milli komandaya göndərdiyi futbolçuların fiziki hazırlığında problemi olmayıb: “Hesab edirəm ki, Emin Quliyev, Ceyhun Sultanov, Elmar Baxşıyev, Zaur Həşimov, Rəşad Kərimov, Vüqar Nadirov, bir sözlə, hamısının fiziki hazırlığı lazımi səviyyədədir. Sadəcə, onlar zədə ilə üzləşirlər. Rəşadla Vüqarda bu problem son vaxtlar özünü daha çox göstərir. Emin zədə ucbatından Gürcüstanla yoldaşlıq görüşündə iştirak etmədi. Ceyhunun həmin görüşdə sonadək meydanda olmaması fiziki hazırlıqla yox, zədə problemi ilə bağlıdır. Bu səbəbdən də milli komanda üzvlərinin fiziki hazırlıqla bağlı problemdən söhbət düşəndə, bunu öz futbolçularımıza aid etmirəm. Ümumiyyətlə, bu məsələ məni maraqlandırmır. Mən yalnız öz komandamın futbolçularına cavabdehəm”. A.Mircavadov milli komandanın baş məşqçisi Şahin Diniyevin klublarda çalışan həmkarları ilə mütəmadi söhbətləşməyinin vacib olduğunu bildirib: “Yığmanın çalışdırıcısı klublardakı məşqçilərlə tez-tez ünsiyyətdə olmalı və futbolçuların hazırlığı ilə bağlı fikir mübadiləsi aparılmalıdır. Bəlkə, klub məşqçisinin yığma komandada oynamağa hazır bildiyi öz namizədi var”.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi Şahin Diniyev Gürcüstanla Bakıda 1:1 hesabı ilə başa çatan yoldaşlıq görüşündən sonda futbolçuların fiziki hazırlığının lazımi səviyyədə olmadığı bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR