Bank Of Baku

Fariz Yusifov cəzalandırılacaq

Fariz Yusifov cəzalandırılacaq
# 20 sentyabr 2007 14:30 (UTC +04:00)
“Standard” klubunun rəhbərliyi FİFA hakimi Fariz Yusifovla bağlı AFFA-ya şikayət edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Standard” ötən tur “Neftçi”yə 1:3 hesablı məğlub olduğu oyunu idarə edən Fariz Yusifovun çıxardığı bir neçə qərarla bağlı Ekspert Komissiyasına şikayət məktubu göndərib. Komanda rəsmiləri F.Yusifovun qərarları nəticəsində oyunun 5 və 41-ci dəqiqəsində təyin edilən penaltiləri yanlış hesab edib. “Standard” hakimin matçın 56-cı dəqiqəsində braziliyalı legioner Leonardo da Silva Roşaya qarşı kobudluğa görə Rəşad Sadıqova sarı vərəqə verməsindən də narazıdır. Həmin epizodu sonuncu ümid folu kimi qiymətləndirən “Standard” legionerinin qol vurmasına mane olan R.Sadıqova qırmızı vərəqə göstərilməsini qeyd edib. Müraciətə baxmaq məqsədilə iclasını keçirən Ekspert Komissiyası F.Yusifovun penaltilərlə bağlı qərarları tam haqlı sayıb. Bununla belə, Ekspert Komissiyasının R.Sadıqova görə qırmızı vərəqə göstərilməsini dəstəkləyərək, F.Yusifovun səhv qərar çıxarmasını qeyd edib. Oyunun hakim-inspektoru Müzəffər Qasımov baş hakimə qiymət verərkən onun buraxdığı səhvi nəzərə almayıb. Ekspert Komissiyası F.Yusifovla M.Qasımovun səhvlərinə münasibət bildirməsi ilə bağlı AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinə müraciət edib. Bu səbəbdən baş hakimlə hakim-inspektoru buraxdığı səhvlərə görə cəza gözləyir.
Qeyd edək ki, M.Qasımov F.Yusifovun idarəçiliyini 7,4 balla qiymətləndirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR