Bank Of Baku

Luis Felipe Skolari və İvitsa Draqutinoviç Azərbaycanla görüşlərdə meydana buraxılmayacaq

Luis Felipe Skolari və İvitsa Draqutinoviç Azərbaycanla görüşlərdə meydana buraxılmayacaq
# 20 sentyabr 2007 15:18 (UTC +04:00)
Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari oktyabrın 13-də Azərbaycanla Avropa çempionatının seçmə qrup mərhələsinin görüşünü texniki zonadan kənarda izləyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, braziliyalı mütəxəssis UEFA Nizam-İntizam Komitəsi (NİK) tərəfindən 4 oyunluq diskvalifikasiya edilib. Üstəlik, ona 17 min dollar cərimə də kəsilib. Qərara əsasən, L.F.Skolari Portuqaliya millisinin seçmə mərhələsindəki qalan oyunlarında paltardəyişmə otağında, tuneldə, texniki zonada və ya meydançada nə oyunadək, nə də matçın gedişində komandası ilə birgə olmamalıdır. Üstəlik, onun həmin vaxt yetirmələri ilə canlı ünsiyyətinə qadağa qoyulub. Bu isə o deməkdir ki, baş məşqçi komandasının seçmə tsikldəki qalan oyunlarını ən yaxşı halda, tribunadan seyr edəcək. L.F.Skolari sentyabrın 12-də keçirilən qitə çempionatının seçmə oyunundan sonra Serbiya yığmasının müdafiəçisi İvitsa Draqutinoviçə yumruq atıb. Səbəb İ.Draqutinoviç həmin matçın sonlarında portuqaliyalı futbolçu Rikardo Kuarejmaya qarşı sərt oynaması olub. Bu hərəkətinə görə, İspaniyanın “Sevilya” komandasında çıxış edən müdafiəçi meydandan qovulub. NİK serbiyalı futbolçunu da iki oyunluq diskvalifikasiya edib. Bu isə İ.Draqutinoviçin də sentyabrın 17-də Bakıda yığmamızla görüşdə iştirak etməyəcəyi deməkdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR