Bank Of Baku

“İnter” “Simurq” görüşü təxirə salınıb

“İnter”  “Simurq” görüşü təxirə salınıb
# 21 sentyabr 2007 09:24 (UTC +04:00)
XVI Azərbaycan çempionatının VI turun daha bir oyunu təxirə salınıb. “APA-Sport” agentliyinin məlumatına görə, sabah keçirilməsi nəzərdə tutulan “İnter” “Simurq” görüşü baş tutmayacaq. Buna səbəb Zabrat qəsəbə stadionunun kanalizasiya sistemində yaranan problemdir. Artıq təmir işlərinə başlayan “İnter” meydançanın kənarında olan drenaj sistemini qaydasına salır. Klub rəsmi müraciətlə AFFA nümayəndələrini arenanın hazırkı durumu ilə tanış olmağı məsləhət görüb. Keçirilən baxışdan sonra nəticələr fotomateriallarla birgə Yarışların Təşkili və Keçirilməsinin Departamentinə təqdim olunub. AFFA “İnter”ə məxsus olan “Şəfa” stadionunda da yenidənqurma işlərinin başa çatmadığını nəzərə alaraq, matçı təxirə salıb və bu haqda qonaq komandanı da məlumatlandırıb. Qarşılaşma oktyabrın 20-də, nəzərdə tutulan ehtiyat günə salıb. VI turun təxirə salınan “Bakı” “Neftçi” oyunu da həmin gün keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR