Bank Of Baku

Koştinya Azərbaycanla oyunda forma geyinməyəcək

Koştinya Azərbaycanla oyunda forma geyinməyəcək
# 21 sentyabr 2007 10:55 (UTC +04:00)
Futbol üzrə Portuqaliya yığma komandası oktyabrın 13-də Bakıda Azərbaycanla keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa daha bir itki ilə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, İtaliyanın “Atalanta” klubunda çıxış edən yarımmüdafiəçi Koştinya məşq vaxtı sol ayağının baldır əzələlərindən xəsarət alıb. Yayda İspaniyanın “Atletiko” komandasından transfer edilən 32 yaşlı futbolçunun bərpasına bir ayadək vaxt lazım gələcək. Koştinya ilə yanaşı, mərkəz yarımmüdafiəçisi Armando Peti, müdafiəçi Marko Kaneyra və hücumçu Elder Poştiqa da Bakıya gəlməyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR