Bank Of Baku

Hakim-inspektor Müzəffər Qasımov cəzalandırılıb

Hakim-inspektor Müzəffər Qasımov cəzalandırılıb
# 21 sentyabr 2007 12:36 (UTC +04:00)
Hakim-inspektor Müzəffər Qasımov cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA-nın Hakim-İnspektorlar Komitəsi (HİK) M.Qasımovu XVI milli çempionatın V turunda “Neftçi” “Standard” görüşünü idarə edən Fariz Yusifova düzgün qiymət vermədiyi üçün 4 oyunluq cəzalandırıb. F.Yusifovun “Neftçi”nin kapitanı Rəşad Sadıqova qırmızı vərəqə əvəzinə, sarı göstərməsini düzgün hesab etməyən Ekspert Komissiyası (EK) bununla bağlı HİK-ə müraciət edib. EK “Standard”ın şikayət məktubunu aldıqdan sonra bu məsələyə baxıb. Bu, komissiyanın yarım ilə yaxın fəaliyyətində çıxardığı ilk cəzadır. HİK AFFA nümayəndəsi Mübariz Hüseynovun məsələsinə baxaraq, onu da cəzalandırıb. M.Hüseynov XVI milli çempionatın V turu çərçivəsində keçirilmiş “Olimpik” “İnter” oyunundan sonra mətbuat konfransında qonaq komandanın nümayəndəsinin iştirak etmədiyini raportunda qeyd etmədiyinə görə cəzalandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR