Bank Of Baku

Vaqif Sadıqov: “Gənclərbirliyi” yeni yaranıb”

Vaqif Sadıqov: “Gənclərbirliyi” yeni yaranıb”
# 22 sentyabr 2007 09:47 (UTC +04:00)
“Son turda “Karvan”la səfər oyununda qazandığımız 2:1 hesablı qələbənin təsadüfi olmadığını göstərmək fikrindəyik. Bu mənada “Xəzər-Lənkəran”la sabahkı görüşə xal qazmaq üçün çıxacağıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqov deyib. V.Sadıqov cari çempionatda indiyədək məğlub olmayan “Xəzər-Lənkəran”ın əvvəlki illərlə müqayisədə gücləndiyini qeyd edib: “Xəzər-Lənkəran”ın bu çempionatda uduzmamağı, qol buraxmamağı komandanın gücündən xəbər verir. Komandada səviyyəsi yüksək olan futbolçular yer alıb. Ağasəlim Mircavadov başda olmaqla, məşqçilər korpusu xeyli vaxtdır komandada işləyərək, səviyyənin qalxmasına yardımçı olur. Biz isə yeni yaranan komandayıq. “Gənclərbirliyi” xeyli vaxtdır güclülər dəstəsində çıxış etsə də, heyətimizi mövsüm öncəsi yenidən qurmalı olduq. Futbolçular uyğunlaşma prosesini başa vurub, xətlər arasında əlaqə indi-indi düzəlir. Demək olar ki, “Gənclərbirliyi” yeni simasını alıb”. V.Sadıqov “Xəzər-Lənkəran”la görüş öncəsi futbolçularla klubdaxili iclas keçirildiyini bildirib: “Futbolçularımızla “Xəzər-Lənkəran”la oyun öncəsi psixoloji yöndə də çalışırıq. Onlar oyunun məsuliyyətini, hansı komandaya qarşı çıxış etdiklərini yaxşı başa düşürlər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR