Bank Of Baku

Ağasəlim Mircavadov: “Gənclərbilriyi” böyük qüvvə ilə müdafiə olunmaqla, işini bitmiş saymayacaq”

Ağasəlim Mircavadov: “Gənclərbilriyi” böyük qüvvə ilə müdafiə olunmaqla, işini bitmiş saymayacaq”
# 22 sentyabr 2007 10:38 (UTC +04:00)
“Gənclərbirliyi” klubunun Yevlaxda “Karvan”ı məğlub etməsini gözlənilməz saymazdım. Futbolda hər cür nəticə qeydə alınır. Hər şeyə hazır olmaq lazımdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov “Gənclərbilriyi” kimi iddiası az olan klubun lider komandaya qarşı motivasiyasının böyük olduğunu bildirib: “Gənclərbilriyi” “Xəzər-Lənkəran”la oyuna böyük motivasiya ilə çıxacaq. Rəqib bizi büdrətməyə çalışacaq. “Gənclərbilriyi” böyük qüvvə ilə müdafiə olunmaqla, işini bitmiş saymayacaq. Əks-hücumlar da edəcək və bundan ehtiyatlanmaq lazımdır. Bu mənada taktiki hazırlığa xüsusi diqqət yetirmək lazımdır”. “Gənclərbirliyi”nin carı çempionatda oyununu görmədiyini deyən A.Mircavadov sumqayıtlı futbolçuların öz oyunu ilə seçildiyini qeyd edib: “Yanılmıramsa, güclülər dəstəsinin iştirakçısı olan klublarımızın hamısında sumqayıtlı futbolçular çıxış edir. “Gənclərbirliyi”ndə təkcə sumqayıtlı yox, kənardan gələn təcrübəli futbolçular da var. Bu mənada böyük təcrübəsi böyük olan Ruslan Musayevi qeyd edə bilir. Bu futbolçu iddialı klublarımızda, yığmalarımızda çoxlu oyun keçirib. “Gənclərbirliyi”nin cari çempionatda oyununu izləməyə imkanımız olmasa da, komandada çıxış edən futbolçuların səviyyəsi haqda məlumatımız var”.
Qeyd edək ki, arxada qalan beş turda oyunlarını qələbə başa vuran “Xəzər-Lənkəran” qapısından qol da buraxmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR