Bank Of Baku

Azərbaycan yığması Rusiya millisi ilə heç-heçə edib

Azərbaycan yığması Rusiya millisi ilə heç-heçə edib
# 24 sentyabr 2007 09:07 (UTC +04:00)
19 yaşınadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası (U-19) Rusiyanın Noqinsk şəhərində keçirdiyi təlim-məşq toplanışını başa vurmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, futbolçularımız Avropa çempionatının seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində rusiyalı həmyaşıdları ilə yoldaşlıq görüşündə qüvvələrini sınayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 2:2 hesabı ilə nəticələnib. Bu matçda U-19-un baş məşqçisi Şamil Heydərov bir sıra taktiki dəyişikliklərə əl atıb. Belə ki, Ş.Heydərov zədəsini yenicə sağaldan Anna Ələkbərovanı ehtiyatda saxlayıb. Baş məşqçi qapıçı Əlviyyə Biqbulatovanı dayaq yarımmüdafiəçisi mövqeyində sınayıb. Adətən bu mövqedə çıxış etmiş Sədaqət Vəliyeva isə hücumçu funksiyasını yerinə yetirib. Elə yığmamızın qollarından birini də S.Vəliyeva vurub. Digər qolun müəllifi isə Nərminə Rzayeva olub. Milli komandamız Rusiya ilə oyundan öncə Moskvanın “Nadejda” klubuna böyük hesabla qalib gəlib (7:0). Təlim-məşq toplanışına sabah yekun vurulacaq. Yeniyetmə futbolçularımız qitə birinciliyinin seçmə mərhələsində iştirak etmək üçün Noqinskdən birbaşa Ukraynanın Lvov şəhərinə yollanacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR