Bank Of Baku

Azərbaycan kuboku oyunlarının vaxtında dəyişiklər edilib

Azərbaycan kuboku oyunlarının vaxtında dəyişiklər edilib
# 24 sentyabr 2007 15:46 (UTC +04:00)
Sentyabrın 26-da keçiriləcək Azərbaycan kuboku uğrunda 1/16 final mərhələsinin ilk oyunlarının başlanma saatında dəyişikliklər edilib. “APA-Sport” agentliyinin məlumatına görə, 16 oyundan ikisi, “Neftçi-2” - “Karvan” və “Abşeron” “Energetik” görüşləri 13.00-da başlayacaq. Buna səbəb oyunların baş tutacağı stadionlarda bir gündə iki kubok matçının keçirilməsidir. Belə ki, Lökbatan qəsəbə stadionunda “Neftçi-2” “Karvan” ilə “Bakılı” “Olimpik”, Sumqayıtda Mehdi Hüseynzadə adına arenada “Abşeron” “Energetik” ilə “Standard-2” “Bakı” görüşlərinin baş tutması nəzərdə tutulub. Belə olan halda, eyni stadionlarda oyunların başlanma vaxtında dörd saat fərq olacaq. Ölkə kuboku uğrunda digər 14 görüş 17:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR