Bank Of Baku

Azərbaycan yığması Ukraynaya qatarla yollanıb

Azərbaycan yığması Ukraynaya qatarla yollanıb
# 25 sentyabr 2007 08:36 (UTC +04:00)
Azərbaycanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandası (U-19) Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlığı başa çatdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız hazırlıq prosesinin son mərhələsini Rusiyanın Noqinsk şəhərində keçib. Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv bu gün qatarla Noqinskdən qitə birinciliyinin seçmə oyunlarının təşkil olunacağı Ukraynanın Lvov şəhərinə yollanıblar. Səfərə 18 futbolçu aparılıb. Yeddinci qrupda yer alan U-19 ilk oyununu sentyabrın 27-də meydan sahiblərinə qarşı keçirəcək. Bundan iki gün sonra Şotlandiya ilə görüş baş tutacaq. Yığmamızın ən çətin matçı isə Ermənistanla olacaq. Azərbaycan və Ermənistanın qadın futbolu tarixlərində ilk qarşılaşma oktyabrın 2-nə təyin edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR