Bank Of Baku

“Göyəzən” Azərbaycan kubokuna qatılmaqdan yenə imtina edib

“Göyəzən” Azərbaycan kubokuna qatılmaqdan yenə imtina edib
# 25 sentyabr 2007 09:06 (UTC +04:00)
Qazaxın “Göyəzən” klubu Azərbaycan kuboku uğrunda yarışda yenə çıxış etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən “Göyəzən” maliyyə çatışmazlığı səbəbindən turnirdən imtina edib. Bununla bağlı klubdan rəsmi müraciət alan AFFA “Göyəzən”in ölkə kuboku uğrunda Bakının “İnter-2” komandası ilə görüşlərinin baş tutmayacağı haqda qərar çıxarıb. Belə olan halda, “İnter-2” 1/8 final mərhələyə vəsiqə qazanan ilk komanda olub. “İnter-2” 1/8 finalda “Standard-2” “Bakı” cütünün qalibi ilə görüşəcək. “Göyəzən” hələ güclülər dəstəsində çıxış edərkən də maliyyə problemlərini əsas gətirərək, kubok uğrunda mübarizəyə qatılmaqdan imtina edib.
Qeyd edək ki, “Göyəzən” klubundan əvvəl, birinci dəstənin daha iki təmsilçisi, Qubanın “Spartak” və Tovuzun “Turan-2” komandaları da ölkə kuboku uğrunda yarışda çıxış etməkdən boyun qaçırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR